Xəbərlər
Qalib Liderin tərəqqiyə əsaslanan parlaq qələbələri

Qusarlı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Qusarda qadın seçicilərlə, eləcə də rayonun Əniğ, Xuray, Suvacal, Yuxarı Ləgər kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri Neva Abdurahmanova, Xatirə Nağıbəyova, Günel Hacıyeva, Nazilə Cumartova, Pərvin Eldarov, Bəhruz Ramazanov, şəhid atası Zaur Yunusov çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər də fevralın 7-də xalqın etimadını qazanan qalib Lider İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırıblar.