Xəbərlər
Azərbaycan müstəqillik tarixinin ən güclü dövrünü yaşayır

Oğuz rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Oğuz rayonu, Filfili kənd seçiciləri ilə görüş keçirilib.
Görüşün əvvəlində Azərbaycann Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, təşviqat qrupunun üzvləri Nizami Əhmədov, Əbülfət Əsgərov, İlkin Lətifov və başqaları çıxış ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad edib. Vətən müharibəsi dövrün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrilib. Natiqlər bütün bu reallıqlar fonunda seçiciləri daha böyük Qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar. Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.
Görüş Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, Oğuz şəhəri, M.F.Axundov küçəsində yaşayan seçicilərlə də məhəlli görüşlər keçirilib.