YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələdə gücümüz və qüdrətimiz daha da artacaq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Cəlilabad rayonunun Sərhədabad və Alar kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Cəlilabad rayon təşkilatının sədr müavini Rafiq Ağayev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov, Milli Məclisin deputatı Malik Həsənov çıxış ediblər.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə müasir tariximizin yeni, şanlı mərhələsi başlayıb. Azərbaycan dövləti və xalqı yeni mərhələdə də yeni hədəflərə doğru qətiyyətlə addımlayacaq və bu mərhələdə gücümüz və qüdrətimiz daha da artacaq.

Seçicilər isə çıxışlarında qarşıdan gələn Zəfər seçkisinin əhəmiyyətini vurğulayaraq qalib Lider İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv