YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Neftçala şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfəri çərçivəsində Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının yenidən müstəqil Azərbaycanın dövlət rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü Naxçıvanda qaldırılmışdır. Bu mənada dövlət atributlarına hörmət və ehtiram ümummilli lider Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir. Neftçalada salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Neftçaladakı Bayraq Meydanı ölkəmizdə dövlət atributlarına hörmət və ehtiramın ən yüksək səviyyədə olmasının daha bir əyani nümunəsidir.

Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da qürur mənbəyimiz olan dövlət bayrağımızın şəhərin hər yerindən görünməsinə imkan verir. İnşasına 2012-ci ildə başlanan Bayraq Meydanı həm də rayonda aparılan abadlıq-quruculuq işlərinin göstəricisidir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmış və müasir işıqlandırma sistemi quraşdırılmışdır. Meydanda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

DİGƏR Xəbərlər Arxiv