Xəbərlər
Qazax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunda mədəniyyət və təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri İlham Pirməmmədov, Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Gülnaz Alişanova, Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Xatın Hüseynxanova, Məmməd Yusifov, Barat Alıyev və şəhid atası Müqabil Məmmədov çıxış ediblər. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin, o cümlədən mədəniyyət və təhsil sahələrinin böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıblar.
Çıxış edənlər Qazax rayonunun seçicilərini fevralın 7 -də hamılılqla seçki məntəqələrinə gələrək seçkilərdə yüksək fəallıq göstərməyə, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatıb.
Qeyd edək ki, kampaniya çərçivəsində Qazax şəhərinin Ə.Şıxlinski küçəsində seçicilərlə fərdi görüşlər keçirilib.