YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə yenidən İlham Əliyevlə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Yardımlı rayon Bozayran və Vərgədüz kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşviqat qrupunun üzvləri Qabil Ağayev, Seymur Hüseynov və Fikrət Qəhrəmanov çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə ölkəmizdə bütün sahələrin inkişafı və xüsusilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması böyük nəaliyyətimizdir. Artıq yeni seçkilər ölkənin bütün ərazilərində keçirilməklə yanaşı, cənab Prezidentin yeni hədəflərə nail olmasına stimul verəcək. Ölkədə aparılan daxili və xarici siyasət hər kəs tərəfindən bəyənilir və bu siyasətin nəticəsində qarşıda bizi yeni uğurlar gözləyir.

Çıxış edən natiqlər YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycanın gələcək inkişafının əhəmiyyətindən danışıb, fevralın 7-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.