Xəbərlər
Şahbuz rayonunda seçicilərlə növbəti görüş
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Şahbuz rayonu Keçili kənd seçiciləri, şəhid ailələrinin üzvləri və müharibə veteranları ilə görüş keçirilib.
Görüşlərdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, əhalinin sosial rifah halının dahada yüksəldilməsində atılan uğurlu addımlardan danışaraq bildirib ki, ölkəmizdə keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünya dövlətləri arasında ön sırada olmasını İlham Əliyevin apardığı xarici siyasətin bəhrəsi kimi qiymətləndirilir. “7 fevral prezident seçkilərində fəal iştirak etməklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verərək qalib Azərbaycanın müasir tarixini uğur səhifələri ilə daha da zənginləşdirək!”,-deyə seçicilərə çağırış edilib.
Qeyd edək ki, Keçili kəndində keçirilən görüşdə xarici müşahidəçilər də iştirak ediblər.