YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda seçicilərlə növbəti görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Suraxanı rayonunda ağsaqqallar, ziyalılar və Qaraçuxur qəsəbəsində yaşayan seçicilərlə  görüşlər keçirilib.

Görüşlərdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, təşviqat qrupunun üzvləri Arif Babayev, şəhid anası Pakizər Səfərova, Arif Cəfərov, Əzimbala Əzimov, Səadət Məmmədova, Hicran Şərifov və Ağaverdi Həsənov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, fevralın 7-də  keçiriləcək prezident seçkiləri yeni dövrün başlanğıcı olacaq. Yeni dövrdə isə xalqımızın qarşısında milli maraqlara söykənən yeni hədəflər dayanır. Bizi yeni hədəflərə yalnız qalib Lider İlham Əliyev çatdıra bilər.

Seçicilər isə daim dövlətimizin başçısının ətrafında sıx birləşməyə və 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməyə hazır olduqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv