YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda seçicilərlə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində, Seyidlər və  Sarıqamış və Qədili kəndlərində  seçicilərlə görüş keçirilib.

“Qalib xalqın qalib qalib lideri” şüarı ilə keçirilən görüşlərdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Mehman Əliyev, Mirzəmməd Orucov, Maviyyə Hüseynova, Sevinc Xəlilova, Namiq Cəfərov, Gəray Bayramov, Məhəbbət Həsənova, İlahə Qurbanova  çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı 20 il öncə etdiyi seçimin tarixi qürurunu yaşayır. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazandığı böyük Zəfər çoxərslik Azərbaycan tarixinin təkrarı ol­mayan nadir hadisəsidir. Müstəqil ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə təmin olunması Prezident İlham Əliyevin fəth etdiyi ali zir­vədir.

Natiqlər  seçiciləri adını və imzasını tarixin səhifələrinə  əbədi qalib və xalqın Lideri kimi yazdıran Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər  bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

 

 

DİGƏR Xəbərlər Arxiv