YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib dövlətimizin qalib Lideri ilə qürur duyuruq

Laçın rayonundan olan seçicilər ilə səyyar görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində məskunlaşmış Laçın rayonundan olan seçicilər ilə səyyar görüş keçirilib.

Görüşdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov qeyd edib ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. Cənab İlham Əliyevin idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırıb.

Natiqlər seçiciləri ölkəmizin yeni zəfərlərə imza atması naminə qalib lider İlham Əliyevə səs verməyə çağırıblar.

“Qalib dövlətimizin qalib Lideri ilə qürur duyuruq!” deyən seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv