YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan vətəndaşının seçimi inkişaf və sabitlikdir

Kürdəmir rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Kürdəmir rayonunun Böyük Kəngərli, İsmayıllı, Bağman, Cəyli, Şahbəyli, Bala Kəngərli və Ucarlı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, təşviqat qrupunun üzvləri Əlisahab Əliabbasov, Ayyət Nəsirov, Vasif Məmmədov və Əsbət Musayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. 

Seçicilər cənab İlham Əliyevin liderliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycanın gələcəyinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv