Xəbərlər
Masallı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü ilin fevral ayının 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Masallı şəhər Mədəniyyət evində gənclər, o cümlədən idmançılarla, eləcə də rayonun Binə Xocavar, Böyük Xocavar və Mişkəmi kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupu üzvlərindən Aytən Əliyeva, Ülvi Rufullayev, Əntiqə Tağıyeva, Məmmədağa Şiriyev, Əlizamin Məmmədəliyev, Xanəli Gənciyev, Qeysər Əkbərov, şəhid anası Rəviyyə Rəhmətova, şəhid qardaşı Mahir Hüseynov, II Qababağ müharibəsi qaziləri Fərid Adığözəlov, Ələsgər Əliyev və başqaları çıxış ediblər.
Çıxışlarda ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ardıcıl və sistemli siyasi, iqtisadi, sosial islahatlar, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verilib.
Natiqlər bildiriblər ki, YAP-ın namizədi İlham Əliyevə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına səs vermək deməkdir.
Qeyd edək ki, Masallı rayonunun Banbaşı və Hişkədərə kəndlərinin seçiciləri ilə fərdi görüşlər keçirilib. Görüşlərdə şəhid ailələri ziyarət olunub və seçkilərə dəvət ediliblər.