Xəbərlər
Xalqın arzularını reallaşdıran Lider
İsmayıllı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də İsmayıllı rayonunun Qalacıq və Sumağallı kəndlərində seçicilərlə növbəti görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvləri Hafiz Kərimov, Əsgər Manafov, Xavər Allahverdiyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasətindən danışıblar.
Qeyd olunub ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib. İndi isə qarşıda yeni hədəflər durur: “Bu hədəflərə çatmaq və Azərbaycanın dayanıqlı inkişafını təmin etmək prioritet olaraq qalır. Bu mübarizənin önündə getməyi bacaran, sözü ilə əməli eyni olan bir Lider var. O da cənab İlham Əliyevdir”.
Seçicilər də öz növbəsində cənab İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.