Xəbərlər
Xalq inkişaf və tərəqqiyə xidmət edən siyasəti dəstəkləyir
Qubadlı rayon seçiciləri ilə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində Qubadlı rayon seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, təşviqat qrupunun üzvləri Alimə Bayramova, Möhlət Orucov, Zakir Qasımov və İlkanə Məmmədli çıxış ediblər.
Vurğulanıb ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız həmişə cənab İlham Əliyevin ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.
Tədbirdə çıxış edən seçicilər cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf və tərəqqisinə xidmət edən siyasəti dəstəklədiklərini qeyd ediblər.