YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın arzularını reallaşdıran Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Lənkəran şəhəri “Paşa Təhməzov 6”, “Paşa Təhməzov 4”, “Qala Xiyabanı 42” ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edib. İ.Əmənullayev çıxışında Heydər Əliyev irsini müasir çağırışlara uyğun zənginləşdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 20 illik fəaliyyəti dövründə dövlətimizə və xalqımıza bəxş etdiyi tarixi nailiyyətlərdən, zəfərlərdən bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında yeni geniş üfüqlər açılıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın daha böyük strateji hədəflərə doğru müzəffər addımlarla irəlilədiyi xüsusi vurğulanıb.

Çıxış edən seçicilər də Prezident İlham Əliyevin uğurlu fəaliyyətindən söz açaraq fevralın 7-də keçiriləcək seçkilərdə qalib Liderə yekdilliklə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv