Xəbərlər
Ağdamda Qarabağ qazisi ziyarət olunub
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində məskunlaşan birinci qrup Qarabağ əlili İlqar Bağırov ziyarət olunub.
Ziyarətdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvü olan qazilər Elşən Zeynalov və Baxşeyiş Hətəmov iştirak ediblər.
Qazi İlqar Bağırovla ziyarət zamanı Prezident İlham Əliyevin Şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət, qayğıdan ətraflı bəhs edilib, tarixi Zəfərin əhəmiyyəti vurğulanıb.
İlqar Bağırov da qazi və şəhid ailələrinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə öz minnətdarlığını bildirərək 7 fevralda keçiriləcək prezident seçkilərində ən layiqli namizədə - cənab İlham Əliyevə səs verəcəyini bildirib.