YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Torpaqlarımızı işğaldan kim azad edibsə, xalq onu dəstəkləyəcək

Xızı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Xızı rayonu Altıağac qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra cənab İlham Əliyevin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, təşviqat qrupunun üzvü Ramiz Əzizov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, seçkilərdə namizəd cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə möhtəşəm nailiyyətlərə, tarixi zəfərlərə şahidlik edib. Bu gün ölkəmizdə bütün sahələrdə sürətli inkişaf müşahidə olunur, dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrəti günü-gündən artır, milli birliyimiz daha da möhkəmlənir.

Natiqlər vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər. Seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.