Xəbərlər
Qaradağ gənclərinin seçimi cənab İlham Əliyevdir
2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qaradağ rayonunda gənc seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Səbinə Xasayeva və Aydın Hüseynov, təşviqat qrupunun üzvləri fevralın 7-ə təyin edilmiş prezident seçkilərinin əhəmiyyətindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı naliyyətlərdən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün də uğurla davam etdirilməsindən bəhs edərək ölkəmiuzin yeni inkişaf dövrünə qədəm qoyduğunu vurğulayıblar.
Görüşdə, həmçinin Qaradağ rayon gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib.
Qaradağ rayon gəncləri Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini diqqətə çatdırıblar.