YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hamılıqla qalib Liderə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Qobustan rayon Mədəniyyət evinin akt zalında rayon gəncləri, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasınnın üzvü  Xeyrəddin Qoca, Vətən müharibəsi qazisi Ramil Rəcəbli, karate idman növü üzrə üçqat dünya çempionu İbad Rzazadə, ağırlıqqaldırma idman növü üzrə beşqat Azərbaycan çempionu İsmayıl Qurbanov və fəal gənc Fuad Rəcəbov çıxış ediblər.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan quruculuq siyasəti barədə də danışaraq qeyd ediblər ki, müvafiq dövlət proqramlarının uğurla icra olunması nəticəsində bütün regionlarımız inkişaf edib. Görüşdə xalqımızın növbəti dəfə Prezident İlham Əliyevə səs verəcəyinə əminlik ifadə olunub. Seçicilər  fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırılıb.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatıb.