Xəbərlər
Səbail seçiciləri cənab İlham Əliyevin namizədliyini dəstəkləyirlər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Səbail rayonu “Xanlar küçəsi 26” ünvanında yaşayan sakinlərlə görüş keçirilib.
Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Təranə Kərimova, Vüqar Sərdarov, Rəşad Bayramov və Birinci Qarabağ müharibəsinin iştirakçıları Altay Babaşov, Fəqan Nəsibzadə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir. Sarsılmaz xalq-iqtidar Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsidir. Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.
Görüşdə seçicilər daim dövlətimizin başçısının ətrafında sıx birləşməyə, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməyə çağırılıb.