YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur mənbəyimiz

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

2023-cü il xalqımız və dövlətimiz üçün uğurlu illərdən biri kimi yadda qaldı. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm xarici, həm daxili siyasət arenasında uğurlara və tarixi zəfərlərə imza atmış oldu. Bu gün xalqımız azad, müstəqil və güclü Azərbaycanımızla fəxr və qürur hissi duyur. Bu sevinci bizlərə bəxş edən, bu zəfər sevincini bizlərə yaşadan isə Müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı.

Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi.

Dövlətçilik tariximizin ən şanlı qürur səhifəsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünün böyük hissəsini xalqa, vətənə həsr edən dahi şəxsiyyət müstəqil, demokratik və suveren Azərbaycan dövlətinin şanlı tarix səhifəsini yazdı. Məhz Ulu öndər Heydər Əliyevin fədakarlığı, cəsarəti və uzaqgörənliyi sayəsində dövlətçiliyimiz və müstəqilliyimiz böyük bir fəlakətdən xilas oldu.

Ulu öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilmişdir. Belə ki, Ümummilli liderimiz Heydər Əliyevin bizlərə aşıladığı vətən sevgisi, xalqımız öz Lideri ətrafında həmrəliyi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. Bu Qələbənin müəllifi isə 1993-cü ilin iyun ayının 15-də müstəqilliyimizi əbədiləşdirən, xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

44 günlük şanlı Vətən müharibəsinin mənti davamı olaraq 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa olundu və Xankəndi şəhərində möhtəşəm Zəfər paradı keçirildi, bu görüntü həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrildi.

Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya    Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti və müraciətdə Dövlət Başçısının səsləndirdiyi fikirlər hər bir Azərbaycanlını qürurlandırdı. Xalqa müraciəti zamanı Prezident İlham Əliyevin “Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar.” sözləri bizi dahada ruhlandırdı və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin necə möhkəm və sağlam təməllər üzərində qurulduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu.

Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır.