YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı tərəfdaş kimi...

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu olan Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri xeyli möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb.

31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin beynəlxalq aləmdə mövqeyini dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, “Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir”. 

Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan hazırda dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə bir-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanda sülh və qardaşlıq şəraitində həyata keçirilir. Bütün əldə edilən bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb.

Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.  

Daxili siyasətdə qazanılan uğurlara paralel olaraq Azərbaycan beynəlxalq müstəvidə də mühüm nailiyyətlərə imza atır, etibarlı tərəfdaş kimi tanınır. Öz milli maraqlarını qətiyyətlə qoruyan ölkəmiz regional güc mərkəzinə və dünyada böyük etimad qazanan nüfuzlu dövlətə çevrilib. Ayrı-ayrı ölkələr, o cümlədən güc mərkəzi kimi çıxış edən dövlətlər Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlıqda maraqlı olduqlarını bəyan edir, ölkəmizin xarici siyasətini yüksək qiymətləndirirlər.

Müasir çağırışlara cavab verən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan sarsılmaz ictimai-siyasi sabitliyin və dinamik inkişafın fonunda mühüm nailiyyətlər qazanacaq, müstəqil dövlətimizin dünya birliyindəki mövqeləri daha da artacaqdır.