YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Azərbaycan internet sahəsində qanunvericilik olmalıdır

«Bəzi ölkələrdə internet sahəsində qanunvericilik mövcuddur. Həmin ölkələrdə internet sahəsində pornoqrafiya, terrorizmə qarşı qadağalar qoyulub. Azərbaycanda da bu sahədə qanunvericilik olmalıdır». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. 

Ə.Amaşov bildirib ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Onun sözlərinə görə, Azərbaycanda 1 milyon 300 min nəfər “Facebook” sosial şəbəkəsindən istifadə edir.

«Artıq ölkəmizdə 50-yə yaxın internet radio və televiziyası fəaliyyət göstərir. Otuz mindən çox blogger mövcuddur. Hazırda 40-a yaxın dövlət qurumu öz işlərini online internet vasitəsi ilə həyata keçirir»- deyə, Ə.Amaşov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv