Partiya xəbərləri
YAP Təftiş Komissiyasının iclası keçirilib
Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda partiyanın 2023-cü ilin ikinci yarımilliyi ərzində İsmayıllı, Qubadlı, Abşeron, Ağsu, Gəncə, Şamaxı, Gədəbəy, Qusar, Siyəzən, Ağstafa, Xaçmaz, Masallı, Şabran, Quba, Biləsuvar, Tovuz, Salyan, Yevlax, Şirvan, Yardımlı, Zəngilan, Neftçala, Göyçay, Şəmkir, Hacıqabul, Ağdaş, və Lənkəran təşkilatları aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları, 2024-cü ilin birinci yarısı üçün İş planı və cari məsələlər müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.
Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.