YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Əliyev: Artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediada cəmləşib

«Virtual informasiya məkanının genişlənməsi bir tərəfdən hər bir ölkə və xalq üçün öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradır. Digər tərəfdən isə, bu, milli informasiya mühitinin pozulmasına və nəticə etibarilə milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına, xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə və cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır». Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Yeni media və yeni çağırışlar" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

V. Əliyev bildirib ki, qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır. Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlanıldı.

«Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir. Bu gün ölkədə əhalinin artıq 70 faizinin internətə çıxışı mövcuddur, ölkədə yüzlərlə sayt və portal fəaliyyət göstərir. Sosial şəbəkələrdən istifadə edənlərin sayı artıq 2 milyona çatıb və "facebook" istifadəçiləri artıq 1,2 milyon nəfəri keçib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmiləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirib və onun hərtərəfli inkişafına xidmət edib»- deyə, V.Əliyev vurğulayıb.

V.Əliyev qeyd edib ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediada cəmləşib. 

DİGƏR Xəbərlər Arxiv