YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizmin şahidi

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən isə dağlıqdır. “Ağdam” sözün etimologiyası qədim türk dilində “kiçik qala” deməkdir. Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.

1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi, yəni 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

İşğal nəticəsində rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmiş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etmişdir. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmışdır. 

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.

2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunmuşdur.

Prezident İlham Əliyev Ağdam azad olunduqdan sonra bu günə qədər 5 dəfə rayona səfər etmişdir. Rayon azad edildikdən cəmi 3 gün sonra  ilk səfəri zamanı ölkə başçısı Ağdam şəhərində Dövlət Bayrağını ucaltmış və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etmişdir. Sonrakı səfərləri zamanı isə Prezident İlham Əliyev rayon ərazisində çoxlu sayda müxtəlif infrastruktur layihələrinin təməlqoyma mərasimlərində iştirak etmişdir. İşğaldan azad edilmiş digər ərazilərimiz kimi Ağdam rayonu da Baş Plan əsasında tamamilə bərpa olunacaqdır.

DİGƏR Xəbərlər Arxiv