YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistana və havadarlarına ciddi mesaj

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanda separatizmin, işğalçılığın kitabının bağlanmasının simvolu idi. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Xankəndidə keçirilən ilk hərbi parad vətəndaşlarımız tərəfindən böyük coşğu və fərəh hissi ilə izləndi.

9 noyabr 2020-ci il tarixində beli qırılan düşmən ordusu kapitulyasiya aktına imza ataraq təslim oldu. Qarşıdakı prosesdə dövlətimizin qarşısında ən başlıca hədəf ölkənin ərazi bütövlüyünü, dövlət suverenliyini tam bərpa etmək idi.

Qəhrəman Azərbaycan ordusu xüsusi peşəkarlıq nümayiş etdirərək cari ilin sentyabr ayında 24 saatdan az vaxt ərzində düşmən ordusunun ərazimizdəki qalıqlarını darmadağın etdi. Ordumuzun qüdrətindən lərzəyə gələn düşmən öz imzası ilə dövlətimizin suveren ərazisində 30 il fəaliyyət göstərən qondarma rejimin mövcudluğunu ləğv edərək süquta uğradı.

Azərbaycan bu Qələbəyə nail olmaq üçün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında 20 il dayanmadan öz mövqelərini möhkəmləndirirdi. Güclü iqtisadiyyat, güclü ordu prinsipi əsasında dövlətimizin iqtisadi potensialı artırılaraq hərbi imkanlar genişləndirildi. Beynəlxalq səviyyədə aparılan çevik və hərtəfəli diplomatik siyasət ölkəmizin haqlı mövqeyini dəstəkləyən dövlətlərin sayını artırırdı. Müstəqil xarici və daxili siyasət məhz güclü iradənin sayəsində mümkün olmuşdur. Nəticədə xalqımız və dövlətimiz öz milli hədəfinə çatmağa nail olmuşdur.

Xankəndidə keçirilən parad həm də Azərbaycanın gələcək təhdidlərə qarşı verdiyi bir mesaj idi. Peşəkar silahlı qüvvələrimiz tərəfindən ölkəmizə yönələn istənilən məkrli planın qarşısı dərhal alınacaqdır. Ancaq Azərbaycan bununla bərabər regionda dayanıqlı sülhün bərqərar olmasına çalışır. Hər bir halda regionda sülhün tərəfdarı olmayan dairələr yalnış istiqamətə doğru irəlilədikcə vəziyyətdən yeganə qazanan tərəf yenə Azərbaycan olacaqdır. 

DİGƏR Xəbərlər Arxiv