YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni təməl üzərində qurulan münasibətlər

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır.

1993-cü ilin iyununda Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra gərgin siyasi fəaliyyəti, qətiyyəti, bacarığı nəticəsində Azərbaycanda hökm sürən hərc-mərcliyə son qoyuldu, sabitlik yaradıldı, dövlətçilik məhv olmaqdan xilas edildi, xarici siyasət strategiyası müəyyənləşdirilərək həyata keçirilməyə başlandı.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərdən biridir. 2023-cü ilin yanvar-iyul aylarında  Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 5 milyard 666 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur.

Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: “Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən - əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”.

Türk dövlətləri arasında xarici siyasətlə bərabər iqtisadi münasibətlər də genişlənir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu gün Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Son illər ərzində Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər danılmazdır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfəri təşkil olunmuşdur. Eləcə də həmin dövlətlərin rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər ediblər.

2020-ci ildə Vətən müharibəsi zamanı Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan etdilər. Bu da Türk dövlətlərinin bir biri ilə əsl dost, qardaş olmalarının göstəricisidir.

DİGƏR Xəbərlər Arxiv