YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün potensialdan istifadə edirik

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə kifayət qədər təbii sərvətlər, insan resursları, kadr potensialı, nəqliyyat-loqistika infrastrukturu mövcuddur. Macarıstanın timsalında Avropadan tutmuş, Türkiyə, Azərbaycan vasitəsilə Qazaxıstan və orta Asiya dövlətlərini özündə cəmləşdirən böyük bir coğrafiyada məskunlaşmış türkdilli millətlər, müasir dünya sivilizasiyasına əhəmiyyətli töhfələr verə bilər. Mövcud milli, irqi, dini ayrı seçkiliklərin, ədalətsizliklərin qarşısı alınar.

Son illərdə Türk dövlətləri inteqrasiya meyllərinin artması, pandemiya ilə mübarizədə, zəlzələ və daşqınlarda, o cümlədən meşə yanğınlarında  bir- birilərinə maddi və mənəvi dəstək vermələri, fövqəladə hallarda qardaş köməyinin əsirgənməməsi gələcəkdə daha geniş formatda birlikdən xəbər verir.

Xarici siaysətdə Türk dövlətləri ilə əlaqələrə üstünlük verən Azərbaycan birliyimizin daha da möhkəmlənməsi üçün bütün potensialdan istifadə edir. Çünki birliyimizin möhkəmlənməsi dünya miqyasında sözümüzün eşidilməsi deməkdir.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Ölkəmizin başçısı çıxış edərək indiki dövrdə türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə nail olmağın vacibliyini vurğulayıb. Həmçinin müasir dövrdə beynəlxalq hüququn ciddi şəkildə pozulması hallarının mövcudluğunu dilə gətirən ölkə başçısı bunu Azərbaycanın timsalında aydın ifadə edib: “Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır...Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir.”

44 günlük müharibədə Azərbaycanın qalib gəlməsindən sonra da Ermənistanın öz işğalçılıq planlarından əl çəkməməsi faktına toxunan ölkə başçısı bildirmişdir: “2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.”

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin böyük sürətlə davam etdiyini bildirən cənab Prezident bu sahəyə vəsait qoyuluşunun 2,4 miyarda çatdırıldığını bildirmişdir. Çıxışını “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.” Cümləsi ilə başa çatdıran cənab İlham Əliyev bir daha bu təşkilatın mühüm önəm daşıdığını, indiki şəraitdə əməkdaşlığın vacibliyini vurğuladı.

DİGƏR Xəbərlər Arxiv