Xəbərlər
Sevinc Hüseynova: YAP Qadınlar Şurası gələcəkdə də maraqlı layihələr həyata keçirəcək
«Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub». Bu fikirləri YAP Qadınlar Şurasının sədri müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, cəmiyyət üzvləri Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Onun sözlərinə görə, partiya sıralarında qadınlar da kifyət qədər fəaldırlar.
«YAP Qadınlar Şurasının ümumrespublika konfransında qadınların partiyada fəaliyyəti geniş müzakirə edildi. Və sevindirici haldır ki, bu fəaliyyət yüksək qiymətləndirildi.Ümumilikdə, YAP Qadınlar Şurası bir sıra vacib layihələr həyata keçirir. Gələcəkdə bu layihələrin daha da genişləndirilməsi mümkündür. İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək»- deyə, S.Hüseynova qeyd edib.