YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP yeni hədəflərə doğru inamla irəliləyir

YAP Lerik rayon təşkilatı 30 illiyini qeyd edib

Lerik Rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının yaranmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə qızıl gül dəstələri düzüblər.

Lerik Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş sözü ilə açan Mərkəzin direktoru Hüsaməddin Abbasov Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, cəmiyyətin avanqard qüvvəsi olan YAP-ın keçdiyi şərəfli yoldan geniş bəhs edib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Onun siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Bu gün işğaldan azad edilmiş ərazilərimiz, ümumilikdə bütün regionlarımız inkişaf, tərəqqi dövrünü yaşayır. Lerik rayonunun timsalında bölgələrimizin uğurlu inkişafının aydın mənzərəsini təqdim edə bilərik. Dövlət başçısı İlham Əliyevin Lerik rayonuna tarixi səfərləri, rayonumuzun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı imzaladığı Sərəncamlar əhali tərəfindən böyük razılıqla qarşılanır. Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdə özünün aydın ifadəsini yaradır.

YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev vurğulayıb ki, Azərbaycanın hər bir uğurunda payı olan, keçdiyi inkişaf yoluna bələdçilik edən Yeni Azərbaycan Partiyası yarandığı gündən ümumxalq partiyasına çevrildi. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayan YAP Ümummilli Liderin etimadını doğruldaraq, dünənin, bu günün və gələcəyin partiyası olduğunu qazandığı möhtəşəm qələbələri ilə təsdiqləyir. YAP hazırda tarixi Zəfərimizin reallıqları fonunda 2021-ci ildə təsdiqlədiyi “Biz birlikdə güclüyük!” şüarı altında yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrası istiqamətində səylərini daha da artırır. Bu gün böyük əminliklə qeyd edirik ki, Ümummilli Liderin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi partiyada təmsil olunmaq hər birimiz üçün böyük xoşbəxtlik və məsuliyyətdir. Lerik rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının fəaliyyətini yüksək dəyərləndirib, təşkilatın yaranmasının 30 illik yubileyi münasibətilə hər bir üzvə təbriklərini çatdırıblar.

Sonda təşkilatın bir qrup fəal üzvünə Fəxri fərman təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv