YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

30 ildən sonra...

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra Ağstafa rayonunun Eynallı kəndində torpağa tapşırılıb.  

Şəhidin vida mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulayıblar.