Xəbərlər
Ehtiramla anırıq!

Biləsuvar rayonu Dəvrişli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun anım günü qeyd olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Dəvrişli kənd ərazi partiya təşkilatının sədri Sakit Şərbətov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov və partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmağından bəhs edilib, şəhid ailəsinin qayğıları dinlənilib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, 1973-cü il avqustun 23-də Biləsuvar rayonu Dəvrişli kəndində dünyaya göz açan Nemət Sultanov 1992-ci il avqustun 16-da Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, 1992-ci il sentyabrın 11-də Dəvrişli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Nemət Sultanovun ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə və kəndin küçələrindən birinə verilib.