YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin iclası keçirilib

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin növbəti iclası keçirilib.

İclasda YAP Gənclər Birliyinin 2023-cü ilin birinci yarımili üzrə fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov cari ilin ötən dövrü ərzində görülən işlər barədə danışıb. Qeyd edib ki, mart ayından etibarən ali təhsil müəssisələrində “YENİ Klub”ların təsis toplantıları keçirilib və bu proses qarşıdakı aylar ərzində digər ali təhsil müəssisələrində də davam etdiriləcək. 4-7 avqust tarixlərində Monqolustanın paytaxtı Ulan-Batorda hakim Monqolustan Xalq Partiyasının ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun VI və Qadınlar Qolunun VII iclaslarında YAP Gənclər Birliyinin təmsil olunduğunu diqqətə çatdıran B.İslamov bu səfərin əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Növbəti aylar ərzində həyata keçirilməsi planlanlaşdırılan layihələr barədə məlumat verən B.İslamov bu istiqamətdə artıq hazırlıq işlərinə başlandığını diqqətə çatdırıb. O, “Heydər Əliyev ili” çərçivəsində tədbirlərin davam etdiriləcəyini bildirib.

Sonra YAP Gənclər Birliyinin qarşıdakı dövrdə həyata keçirəcəyi fəaliyyətə dair müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.