YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 26-da Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğuladı və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğuladı.

Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlu ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd etdi.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.