YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksək diqqətin göstəricisi

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfər etməsi xoş bir ənənə halını alıb. Prezident İlham Əliyev  mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərimizə səfərlər edərək gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olur, bütün proseslərə birbaşa özü nəzarət edir. Ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Laçına səfər etdi. Səfər çərçivəsində ölkə başçımız görülən işlərlə tanış oldu, təməlqoyma mərasimlərində və bir sıra obyektlərin açılışında iştirak etdi. 

Eyni zamanda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçında Zabux kəndində kənd sakinləri ilə görüşüb, söhbət etdilər. Görüş zamanı Laçının ən yaşlı sakinlərindən olan Şəhid anası Qəribə Həsənovanın Prezident İlham Əliyevə müraciətinə cənab Prezident yerində reaksiya verərək lazımi tapşırıqlarını verdi. Bu Azərbaycan Prezidentinin öz vətəndaşına olan yüksək diqqətinin göstəricisidir. Bu görüş və səmimi söhbət əsl vətəndaş-rəhbər, xalq-prezident sevgisinin tablosu idi.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib

Sədaqət Vəliyeva bildirib ki, avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak etdilər. Tədbirdə çıxış edən dövlətimizin başçısı bir cox vacib məsələlərə toxundu və lazımi mesajlar verdi. İlk öncə Laçınlıları Şəhər Günü münasibətilə təbrik edən cənab İlham Əliyev Laçında gedən bərpa quruculuq və qayıdış prosesi haqqında məlumat verərək bildirdi ki, bu ilin sonuna qədər bir neçə min həm şəhər sakini, həm kənd sakini Laçında yaşayacaq.

Görüşdə Prezident İlham Əliyev ermənilərin Laçında törətdiyi vandalizm, hərbi cinayətlər  haqqında danışaraq,  beynəlxalq təşkilatların bütün bunlara göz yumduğunu vurğuladı. Ermənistanın xaricdəki havadarları da hesab edirdilər ki, bu torpaqlar əbədi işğal altında qalmalıdır deyən dövlətimizin başçısı əlavə etdi: “Bizim iradəmiz, bizim gücümüz, bizim yumruğumuz onların da başına dəydi. Çünki bizim torpağımızda ikinci Ermənistan, ikinci erməni dövlətinin yaradılması təkcə Ermənistan rəhbərliyinin məhsulu deyildi.” Əlbətdə güclü iradəmiz, sarsılmaz gücümüz, Dəmir Yumruğumuz və dahi İlham Əliyev siyasəti Ermənistanla yanaşı onun havadarlarınında bütün arzularını ürəklərində qoydu.

Prezident İlham Əliyev qeyd etdi ki, biz 44 gün ərzində ancaq və ancaq irəli  gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq bütün dünyaya sübut etdik ki, bizim iradəmizə heç kəs təsir edə bilməz. Bəli nə qədər ki, bizim İlham Əliyev kimi uzaqgörən, dahi Liderimiz, qüdrətli Ordumuz və qəhrəman xalqımız var heç kəs və heç bir qüvvə bizə təsir edə bilməz!