Xəbərlər
“Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı”

Qazaxda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatında “Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun başlanğıcı” mövzusuda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” 1991-ci il 30 avqust tarixli Bəyannamə ilə əlaqədar geniş məlumat verib. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çətin şəraitdə çoxşaxəli fəaliyyətindən, misilsiz xidmətlərindən danışıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasətin uğurlarından geniş bəhs edib.
Daha sonra partiya veteranları İsgəndər Qurbanov, Gövhər Rəhimova, ərazi partiya təşkilatı sədrləri Azad Hümbətov və Rəna Bayramova çıxış edib.