Xəbərlər
Böyük Qələbənin təcəssümü

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
II Qarabağ müharibəsi zamanı düşmən üzərində qazanılan qələbədən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işlərinə başlanıldı.
Ermənistan isə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmağa davam edirdi. Ermənistan hər vəchlə öz xain xislətini həyata keşirməyə çalışırdı. Bunun nəticəsi olaraq Azərbaycan Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 2023-cü il aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsini qurdu. Azərbaycan dövləti Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Bunu qəbul edə bilməyən Ermənistan tərəfi və onun havadarları ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağda Hümanitar böhran yaratmaqda təqsirləndirir. Bütün Beynəlxalq Təşkilatlara müraciət edən Ermənistan hər dəfə rədd cavabları aldı. Bütün çirkin iftiralara rəğmən ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. “Laçın” sərhəd-buraxılış məntəqəsi terrorçuların silahlanmasının qarşısını almaqla bərabər, ölkəmizə məxsus olan sərvətlərin talanaraq aparılmasına imkan vermir. Sərhəd rejimi qısa müddət ərzində öz uğurlu nəticəsini verməkdədir.
Azərbaycan-Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin süveren hüquqları çərçivəsində atılmış addımdır və o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin daxili işidir.
Qarabağın erməni sakinləri Laçın rayonu ərazisində Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən maneəsiz istifadə etməkdə davam edirlər.
Ermənistan sərhədində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin növbəti uğuru, qələbəsidir.