YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayaq olmalıyıq

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə  “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi Azərbaycan xalqında böyük  qürur hissi yaşatdı.  Sərəncamda  göstərilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində  işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində  azad olundu və bu  gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bu cür tarixi günlərin həmin rayonlarda qeyd olunması münasibəti ilə  əlaqədar olaraq Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçında Şəhər Günü ilə bağlı bayram tədbirlərində iştirak etməsi xüsusi önəm daşıyır. Dövlətimizin başçısı bayram münasibətilə xalqımızı və eləcə də laçınlıları təbrik etdi, eyni zamanda regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi. Ötən ilin 26 avqustunda Azərbaycanın Müzəffər Ordusunun Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız sevinc və qürur hissi ilə qarşıladı. Bununla da, laçınlıların, zabuxluların yurd həsrətinə son qoyuldu. Ölkə başçımızın  dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. 28 May Müstəqillik Günündə Prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq.

Azərbaycan müstəqil siyasət aparmaqla  beynəlxalq hüquq  çərçivəsində bütün addımları atır. Heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, biz haqq yolundayıq və bizi kimsə yolumuzdan döndərə bilməz. 30 ildən sonra Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Təbii ehtiyatları ilə fərqlənən rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın rayonunun zəngin təbii ehtiyatları - civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası imkan verəcək ki, həm Laçının potensialı artsın, həm də rayon tam olaraq bərpa edilsin. İnanırıq ki, məskunlaşma, yəni Böyük Qayıdış prosesi ilə pararlel olaraq Laçının inkişafını da qısa müddətdə müşahidə edə biləcəyik.

Artıq 26 avqust bundan sonrakı tariximizdə Laçın şəhəri günü kimi qeyd olunacaq. Həmin gün Laçından- onun dünənindən, bu günündən qürurla yazacağıq.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğaldan azad olmuş torpaqlarımız tezliklə bərpa olunacaq və daimi sakinlərinin  yurd yeri olacaq. Bu işdə hər birimiz Ölkə Başçımıza əməli işimizlə dayaq olmalıyıq və olacağıq.