Xəbərlər
Müasir Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir
Xaçmazda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatı Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən FHN Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasov bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov isə çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib. Qazanılan bütün uğurların əsasında Heydər Əliyev siyasəti dayanır.
Tədbirdə çıxış edənlər müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə ətraflı danışıblar.