Xəbərlər
Şəhidlərin xatirəsi ehtiramla anılır
Biləsuvar şəhərində Vətən müharibəsi şəhidi Kərimov Zöhrab Azad oğlunun anadan olmasının 20-ci ildönümü münasibətilə mərasim keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideynləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin şərəfli döyüş yolundan söz açılıb, xatirəsi ehtiramla yad edilib. Vurğulanıb ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərin xatirəsi daim əziz tutulacaq.
Sonra şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, şəhid Kərimov Zöhrab Azad oğlu 2022-ci ilin 12 – 13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı hərbi təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Kərimov Zöhrab Azad oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.