YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamentinin "2014-cü il terrorçuluğa qarşı mübarizə" adlı hesabatında Azərbaycanın uğurları qeyd edilib

"Azərbaycan terrorçuluga qarsı mübarizədə ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycan aktiv surətdə Qafqaz vasitəsilə insan resursları və pul vəsaitinin dasınmasına cəhd göstərən terrorçu təskilatların fəaliyyətinin qarşısını alınmasında istirak edir". Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin "2014-cü il terrorçuluğa qarşı mübarizə" adlı hesabatın "Azərbaycan fəsli" bölməsində qeyd edilir.

Hesabatda vurğulanır ki, Azərbaycan ozünün antiterror səylərini müvafiq əməllərdə ittiham olunan şəxslərin hüquqi çərçivədə təqib olunması, mühüm sayda qeyri-leqal silah va sursatın müsadirəsi, habelə xarici ölkələrdə terrorçu qismində vuruşmuş şəxslərin geri qayıtdıqdan sonra həbsi məsələlərinə yönəldib: "Azərbaycan özünün antiterror qanunvericiliyində müvafiq dəyişikliklər edərək xarici ölkələrdə terror birliklərinin tərkibində vuruşma hallarına qarşı cəza tədbirlərini gücləndirib".
Hesabatda sonra deyilir: "Azərbaycan İŞİD-a qarşı mübarizədə də öz iradəsini göstərib. Müvafiq formada bu informasiya mübadiləsi və xarici terrorçuların İraq va Suriya ərazisinə yollanmasının qarşısının alınması, həmin ərazidə ekstremizmin dəstəklənməsi hallarının maliyyələsdirilməsi və qarşısının alınması müstəvisində özünü biruzə verib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin rəhbərləri kimi mühüm təsir imkanlarına malik şəxslər İŞİD ideologiyasına qarsı açıq mövqe tutublar".
Hesabatda qeyd olunur ki, qanunvericilik, hüquq-mühafizə və sərhəd təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizədə əsas məsul qurum Milli Təhlükəsizlik Nazirliyidir. Bildirilir ki, Daxili İşlər Nazirliyinin də ölkənin əsas hüquq-muhafizə orqanı kimi bu səpkidə rolu var. Hesabatda eyni zamanda, hər iki nazirliyin terrorculuğa qarşı səmərəli mübarizə imkanlarını (terror fəaliyyətlərinin ifşa edilməsi və qarşısının alınması) numayiş etdirdiyi vurğulanıb: "Səlahiyyətli orqanlar ölkəyə giriş limanlarında axtarışda olan şəxslərin siyahıları üzrə səmərəli iş və bioqrafik/biometrik məlumatların istifadəsi sahəsində imkanlarını numayiş etdiriblər".
Hesabatda 2014-cü il ərzində Azərbaycanda antiterror tədbirləri çərçivəsində nəzərəçarpacaq tədbirlərin xronologiyası da qeyd edilib: "20 iyun tarixində MTN bəyanat yaydı ki, Badamdar adlanan ərazidə 18 ekstremist yaxalanıb. Bildirildi ki, radikal təmayüllü müvafiq şəxslər Suriyaya səfər niyyətlərinə malik olublar. 23 sentyabr tarixində MTN bəyanat yaydı ki, Azərbaycandan kənarda xarici terrorçu döyüşçü qismində vuruşmuş, əksəriyyəti Suriya və İraqdakı İŞİD birliklərinə bağlı olan 26 şəxs həbs edilib. 1 dekabr tarixində səlahiyyətli qurumlar tərəfindən Bakı məscidlərindən birinə olan hücumun ardınca antiterror əməliyyatı hayata keçirilib. Müvafiq hücumu həyata keçirənlərdən birinin Suriyada İŞİD-a qarşı vuruşmuş Kürd silahlıları ilə əlaqəli şəxs oldugu bildirildi".
Hesabatda daha sonra bildirilir: "Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə: Azərbaycan MONEYVAL-ın üzvüdür. 2009-cu ildən etibarən Azərbaycan çirkli pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsi sahəsində mübarizə peşəkarlığını artırb. Ölkədə Maliyyə Monitorinqi Xidməti təsis edilib, şübhəli maliyyə əməliyyatlarının müəyyənləşdirilməsi və məruzə edilməsi ilə bağlı maliyyə institutlarının üzərinə öhdəliklər qoyulub. Formal maliyyə sektorundan kənarda fəaliyyət göstərməklə maliyyə əməliyyatları həyata keçirən institutlara məruzə təqdim edilməməsi ilə bağlı öhdəliklərin qoyulmamasi risk potensialı yaradır.
Ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan MONEYVAL-ın çirkli pulların yuyulması/terrorçuluğun maliyyələşdirilməsi sahəsində tövsiyyələrinin icrasını davam etdirir. ABŞ Maliyyə Monitorinqi Xidmətinin əsas tərəfdaşlarından biridir. Muvafiq tərəfdaşlıq texniki yardım və təlim komponentləri ilə xarakterizə olunur. USAİD təskilatı da əvvəllər bu təşəbbüsləri dəstəkləyirdi".
Regional və beynəlxalq əməkdaşlıq məsələsinə gəlincə isə hesabatda qeyd edilib ki, Azərbaycan ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatların fəal üzvüdür: "Azərbaycan antiterror məsələlərində NATO ilə əməkdaşlığı davam etdirir. Azərbaycan Xəzəryanı Dövlətlərin işçi qrupları vasitəsilə terrorçuluğa, qaçaqmalçılığa, narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hüquq-mühafizə səylərinin əlaqələndirilməsində də iştirak edir".
Radikalizm va zorakı ekstremizmə qarşı mübarizə sahəsində isə Azərbaycanda görülən işlər sənəddə belə xarakterizə olunub: "Sünni Sələfi elementlərin artması, həmçinin bir çox Azərbaycan vətəndaşlarının Suriya və İraqda döyüşlərdə iştirakı ilə bağlı məlumatlar fonunda ölkə rəsmiləri tərəfindən radikalizm və zorakı ekstremizm hallarının qabaqlanması istiqamətində təşəbbüslər hayata keçirilib. Bu müstəvidə, xüsusən məscidlərin daxilində kameraların quraşdırılması ilə nəzarət işinin qüvvətləndirilməsi, sələfi din xadimlərinin loyal kadrlarla əvəzlənməsi, sələfilərə məscidlərdə rəhbər mövqelərin tutulmasının qadağan edilməsi, ekstremizmi təbliğ edən ədəbiyyatların yayılmasının qarşısının alınması, dövlət televiziyası üzərində nəzarət tədbirlərinin hayata keçirilməsi qeyd edilə bilər.
Bu metodlar bəzi hallarda zorakılığa təhrik edən şəxslərlə, zorakılığı rədd edən, lakin müxtəlif siyasi hərakatların fəlsəfi hədəflərinə rəğbətlə yanaşan insanların fərqləndirilməsinə maneə yaradır. Bundan əlavə, hökumət liderləri mütəmadi olaraq radikalizmə qarşı bəyanatlarla çıxış edir, tez-tez xüsusən radikal qruplann siyasi təsirinə qarşı mübarizə aparmaq və bu subyektlərin maliyyə dəstəyini sarsıtmaqla baglı vədlər verirlər".