YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bəzi qüvvələri daim narahat edir

«Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə olunmuş və qətnamə qəbul edilmişdir. Niyə görə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu Azərbaycanın yeritdiyi müstəqil siyasət, azərbaycanın iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsidir. Əlbətdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daima narahat edir. Bu hücumlar I Avropa Oyunları zamanı daha da güclənmişdir. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçrilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalmışdır: Ancaq yalan və böhtanla Azərbaycanın günü-gündən artan nüfuzuna ləkə gətirmək». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əlyiev deyib.

R.Əliyev bildirib ki, bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı Yerevan şəhərinə yönəlib. Onun sözlərinə görə, elektrik enerjisinin tarifinin qaldırılması insanların “Qarətə son” şüarı altında kütləvi etrazına və küçələrə axmasına səbəb olub.

«Onsuz da Ermənistan dərin sosial-iqtisadi böhrandadır. Yaşayış səviyyəsi durmadan aşağı düşür. Bir neçe gündür ki Ermənistan hüquq mühafizə orqanları xüsusi amansızlıqla nümayişləri dağıdır, yüzlərlə nümayiş iştirakçısı polis tərəfindən saxlanılmışdır. Bu tədbirlərə baxmayaraq insanlar yenədə nümayişə çıxmağa davam edirlər. Sual olunur niyə bu üzdəniraq insan hüquq və azadlıqlarının müdafiəçiləri, ATƏT, Avropa Parlamenti, Avropa Birliyi, Ermənistanın paytaxtında baş verən kütləvi qanun pozuntularına göz yumurlar. Bir neçə illər bundan qabaq Ermənistanda parlament güllə-baran ediləndə, müxtəlif nümayyəndələri qətlə yetiriləndi də bu üzdəniraq demokratlar susmuşdular. Avropa Parlamentinin əsas vəzifələrindən biri də bu təşkilata üzv olan dövlətlər arasında sülh, dostluq, mehribanlıq münasibətlərinin yaranması və bu münasibətlərin daha da gücləndirilməsi olmalıdır. Çox təssüflər olsun ki, son illərdə biz bunun əksini görürük. Bu qüvvələr öz siyasətində ölkələr arasında bərabər hüquqlu əməkdaşlıq, dostluq, mehribanlıq prinsiplərinə daima əməl edən Azərbaycanı deyil, bu prinsiplərin əksinə, öz qonşusunun torpaqlarını zəbt edən milyondan çöx azərbaycanlını öz torpaqlaından qovub çıxartmış Ermənistanı dəstəkləyirlər»- deyə, R.Əliyev vurğulayıb.