Xəbərlər
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam ilə hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.