Xəbərlər
Prezident İlham Əliyev Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırılması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları ərazisində Əlicançay su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.