YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsimidə jurnalistlərlə görüş keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır adlı tədbir keçirilib.

Görüşü giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 148 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib.

Azərbaycanın ilk milli qəzeti olan “Əkinçi” qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan Milli Mətbuat günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verib.

Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.

A.Əsgərov vurğulayıb ki, Vətən müharibəsi zamanı KİV nümayəndələri cəbhə bölgəsində aktiv iştirak ediblər.

Sonra “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildiriblər.

Sonda KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv