Xəbərlər
YAP Binəqədi rayon təşkilatında jurnalistlərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.
Giriş nitqi ilə görüşü açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 148 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Pezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini vurğuladı. Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdə jurnalistlərimizin rolunu qeyd edərək, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs etdi. Mətbuat nümayəndələrini təbrik etdi, onlara uğurlar arzuladı.
Tədbirdə çıxış edən media təmsilçiləri – İlham Əliyev, Süleyman İsmayılbəyli, Nicat Ülfətoğlu və digərləri göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.
Görüşün sonunda jurnalistlərə xatirə hədiyyələri təqdim edildi.
Sonda xatirə şəkli çəkdirildi.