YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda sağlam mətbuatın formalaşmasında Heydər Əliyevin rolu danılmazdır

Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digərləri çıxışlarında 1875-ci il iyulun 22-də”Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salıb, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşması, söz və mətbuat azadlığının təmin edilməsində Ulu Öndər Heydər Əliyevin rolundan danışıb, dahi rəhbərin milli jurnalistikamızın inkişafı sahəsində xidmətlərindən danışıblar.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanda mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlərdən də geniş bəhs olunub.

Sonra 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalist mükafatlandırılıb.