YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Seçicilərini ayrı-ayrılıqda qəbul edən deputat onların səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problemlərlə tanış olub.

Müraciətlərin bir qismi yerindəcə həll olunub, bəziləri aidiyyəti qurumlara yönləndirilib.

S.Fətəliyeva ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.