YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan mətbuatı milli maraqların etibarlı müdafiəçisidir

YAP Səbail rayon təşkilatı Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

22 İyul - Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilat tərəfindən tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun məsul əməkdaşı Rahu Şirinova, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli və media qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. Bildirilib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində milli mətbuatın inkişafı təmin edilib, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat xarakterli tədbirlər medianın inkişafında keyfiyyətcə yeni mərhələnin başlanmasını şərtləndirib. Azərbaycan mətbuatı milli maraqların etibarlı müdafiəçisinə çevrilib.

Sonra 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə təşəkkürnamə təqdim olunub.